Türkiyənin nüfuzlu qəzetində Azərbaycan səhiyyəsinin uğurundan bəhs olundu — FOTO

GÜNDƏM 21 apr 2024, 19:41

Türkiyənin ən nüfuzlu mətbuat orqanlarından "Sabah" qəzeti Azərbaycanın səhiyyə sektoru ilə əlaqədar məqalə hazırlayıb.

BAKU.WS xəbər verir ki, məqalədə TƏBİB-in nəzdində fəaliyyət göstərən Yeni Klinika Azərbaycanda və hətta regionda tibb müəssisələri arasında ilk dəfə olaraq xəstəxana məlumat idarəetmə sisteminə görə ABŞ Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) nüfuzlu beynəlxalq akkreditasiya sertifikatını almasından bəhs edilib.

Sertifikat informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətlərinin keyfiyyətini, təhlükəsizliyini və səmərəliliyini davamlı olaraq artırmaq məqsədi ilə verilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top