Qızılhacılı kənd sakinləri doğma yurdlarının işğaldan azad edilməsindən danışdılar — VİDEO

SOSİAL 21 apr 2024, 18:46

Aprelin 19-da Qazax rayonunun Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

İşğaldan azad edilən Qızılhacılı kəndinin sakinləri sevinclərini “İTV Xəbər”lə bölüşüblər.

Qızılhacılı kənd sakini Şakir Quliyev doğma yurdlarının işğaldan azad edilməsinə sevindiyini bildirib:

“İnşallah tezliklə kəndimizə qayıdarıq. Orada yaşayıb-yaradacağımız günləri səbirsizliklə gözləyirik”.

Kəndin digər sakinlərindən olan Namiq Alıyev bu hadisəni uzun zamandır arzuladığını qeyd edib:

“Kəndimizin işğaldan azad edilməsi və onunla bərabər digər kəndlərin də işğaldan azad olunması bizim arzumuz olub”.

Daha ətraflı videomaterialda:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top