Tennessi ştatında silahlı insidentdə 2 nəfər ölüb, 14 nəfər yaralanıb

DÜNYA 21 apr 2024, 11:30
ABŞ-nin Tennessi ştatının Memfis şəhərində əyləncə gecəsində baş vermiş silahlı insident nəticəsində azı iki nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə şəhər polisinin “X” səhifəsində dərc edilmiş məlumatda deyilir.

Bildirilib ki, yaralılardan üçü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə polisin icazəsiz keçirildiyini bildirdiyi küçə şənliyində baş verib. Ümumilikdə şənlikdə 200-300 nəfər iştirak edirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top