Pakistanda güclü yağışlar nəticəsində ölənlərin sayı 63-ə çatdı

DÜNYA 17 apr 2024, 14:56
Pakistanda güclü yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayı 63-ə yüksəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin İdarə Edilməsi Administrasiyası məlumat yayıb.

Məlumata görə, Pəncab, Bəlucistan və Hayber Paxtunxva əyalətlərində həftə sonu başlayan şiddətli yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayı 63-ə yüksəlib.

Əlverişsiz hava şəraiti təxminən 1370 evin zərər görməsi ilə nəticələnib. 

Yerli rəsmilər pis hava şəraitinin yenə davam edəcəyini və bunun axtarış-xilasetmə işlərinə mənfi təsir göstərəcəyini bəyan edib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top