Göranboyda kişi arvadını və qayınanasını bıçaqladı

KRİMİNAL 16 apr 2024, 10:17
Goranboy rayonunda qayınanasını və arvadını öldürməyə cəhd etməkdə ittiham olunan Nihat Yolçuyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası aprelin 22-nə təyin edilib. 

Qeyd edək ki, hadisə rayonun Veysli kəndində qeydə alınıb. 27 yaşlı Pərvanə Yolçuyeva və onun anası 57 yaşlı Siyatel Əliyeva bıçaqlanıb.

Hadisənin Pərvanə Yolçuyevanın əri Nihat Yolçuyev tərəfindən törədildiyi məlum olub. 

Onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top