Endirimi kassaya qədər olan mağazalar — VİDEO

SOSİAL 14 apr 2024, 11:37
Endirim, yoxsa müştəri cəlb etmək üsulu?..

Demokrat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır.  Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar.

Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıda bu cür reklam üsuluna əl atanların sayı çoxdur.

Qiymət uyuşmazlığının qəsdən həyata keçirildiyi hallarda isə İnzibati Xətalar Məcəlləsinin 445 və 447 ci maddələrinə əsasən cərimələr tətbiq edilir.

Belə ki, 445-ci maddə qiymət intizamının pozulmasi ilə əlaqədardır. Bu qayda pozulduğu zaman 800-dən 1100 manata qədər cərimə tətbiq edilir.  Maddə 447 isə istehlakçının birbaşa aldadılması kimi qiymətləndirilir, bu zaman fiziki şəxslər 350-500, vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslər isə 4000-6000 min manat aralığında cərimə edilirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 may 2024, 11:07
Top