Beyləqan rayon icra hakimiyyətində kadr dəyişikliyi baş verib.
Demokrat.az-ın "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, rayon icra hakimiyyətinə yeni müavin təyin olunub. Məmmədova Yeganə Kərəm qızı başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Aytən Mirzəyeva tuturdu.