Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

DÜNYA 06 aprel 2024, 19:20
Qazaxıstanda sel səbəbindən 10 əyalətdə fövqəladə vəziyyət elan edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 Məlumata görə, bu günə qədər 46 min 755 nəfər su basmış ərazilərdən təxliyə edilib. 

Bu şəxslərdən 2602 nəfəri helikopterlər vasitəsilə xilas edilib. 

Bundan əlavə, 60 min xırda və iribuynuzlu heyvan təxliyə edilib. 

Ölkənin qərbindəki Atrau vilayətində Cem çayının daşması nəticəsində Kulsari şəhəri tamamilə su altında qalıb. 

Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev daşqınla əlaqədar ictimaiyyətə müraciət edib. 

Uzun illərdir görünməmiş təbii fəlakətlə üzləşdiklərini bildirən Tokayev, "Bu sel miqyası və nəticələri baxımından son 80 ilin ən böyük fəlakətidir",- deyə vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan qışdan sonra temperaturun artması səbəbindən qarın qəfil əriməsi nəticəsində baş verən daşqınlarla mübarizə aparır.

Ölkədə bəndlər dolub, çaylar daşıb.

Seldən ən çox zərər çəkən qərb və şimal əyalətlərində 3 min 171 evi su basıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top