Rusiya Fransaya xəbərdarlıq etdi

DÜNYA 04 apr 2024, 18:25
Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastyan Lekornuya Ukraynaya əsgər göndərilməməsi ilə bağlı xəbərdarlıq edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda, Şoyqunun Lekornu ilə telefon danışığı apardığı bildirilib. 

Danışıq zamanı, Lekornu Moskvada "Crocus Hall City" konsert salonunda törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Bundan başqa, Fransa hərbi qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı açıqlamalar müzakirə olunub.

Sergey Şoyqu bildirib ki, sözügedən hərbi dəstək həyata keçirilsə, bu, Fransanın özü üçün problemlər yaradacaq.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top