Bu ölkədə milli fəlakət vəziyyəti elan edildi

DÜNYA 03 aprel 2024, 17:17
Zimbabvedə quraqlıq səbəbindən milli fəlakət vəziyyəti elan edib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkə prezidenti Emmerson Mnanqaqva açıqlama verib.

O, açıqlamasında iqlim dəyişikliyinin yaratdığı quraqlığa görə milli fəlakət vəziyyəti elan etdiyini bildirib.

Zimbabvenin taxıl qıtlığı ilə üzləşdiyi üçün taxıl idxalına üz tutacağını bildirən Mnanqaqva zərəri yüngülləşdirmək üçün 2 milyard dollara ehtiyac olduğunu qeyd edib. 

Qeyd edək ki, qonşu ölkə Zambiya da quraqlıq səbəbindən fevralın 29-da milli fəlakət elan edib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top