Qərb Ermənistanı yeni müharibəyə təhrik edir — Atəşkəsin pozulması nəyin XƏBƏRÇİSİDİR?

GÜNDƏM 02 apr 2024, 22:10
“Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması bir həftə bundan əvvəl başlayan prosesin davamıdır. Ermənistan, Aİ və ABŞ arasında üçtərəfli paktın imzalanmasını nəzərdə tutan anlaşmanın ortaya çıxmasından bəri Ermənistan tərəfindən mütəmadi şəkildə müharibəyə çağırış edilməsi, ölkədəki revanşist qüvvələrin yenidən Azərbaycanla müharibəyə başlamaq cəhdlərini qabartmasını da görürük. Ermənistanın Azərbaycanla şərti sərhədə hərbi texnika toplaması hərbi toqqoşmanın başladılması üçün mesaj kimi dəyərləndirilə bilər”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir  Hümmbətov deyib.

Ekspert hesab edir ki, uzun müddətdən sonra Ermənistan Silahı Qüvvələri tərəfindən atəşkəsin pozulması eyni zamanda ona dəstək verən qüvvələr tərəfindən Ermənistanın yeni qarşıdurmaya təhrik edildiyini göstərir: 

“Ən açıq mesaj Fransanın Ermənistanı silahlandırmasından sonra verildi. Fransa hərbi texnikasını Ermənistana ötürməklə bir növ müharibənin ilk anonsunu verdi. Düzdür, ABŞ tərəfi açıqladı ki, üçtərəfli anlaşma üçüncü bir dövlətə qarşı yönəlməyib, amma məlum məsələdir ki, bu, kiçik miqyasda Azərbaycan, böyük miqyasda isə Rusiyaya qarşı yönəlib. Bizim üçün önəmli olan Azərbaycanla münasibətin necə qurulacağıdır. Bu, təkcə Azərbaycan-Ermənistan münasibətləri baxımından deyil, həm də Qərblə münasibətlər baxımından da önəmlidir. Atəşkəsin pozulması bir daha onu göstərir ki, bəzi Qərb dairələri iki dövlət arasında münasibətlərin normallaşmasında maraqlı deyil. Məqsəd mümkün qədər münaqişəni yenidən alovlandırmaq və bölgədə qeyri-sabitliyi davam etdirməkdir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top