Qəzzada ölənlərin sayı 33 minə yaxınlaşdı

DÜNYA 02 apr 2024, 20:45
İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 32 min 916 nəfərə yüksəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, son 24 saatda İsrail qüvvələrinin Qəzza zolağına təşkil etdiyi hücumlarda daha 71 fələstinlinin həyatını itirdiyi bildirilib.

Bundan başqa 102 fələstinlinin isə yaralandığı vurğulanıb. 

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 32 min 916-ya yüksəlib.

Yaralıların sayı isə 75 min 494 nəfərə çatıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top