“Crocus”dakı terror aktı ilə bağlı daha bir nəfər həbs oluna bilər

DÜNYA 01 apr 2024, 22:10

Rusiya İstintaq Komitəsi məhkəmədən Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilmiş terror aktı ilə bağlı cinayət işində iştirak edən daha bir şəxs Yakubconi Yusufzodanın həbs edilməsini istəyib.

Komitənin bildirdiyinə görə, terror aktından bir neçə gün əvvəl Yusufzoda bank kartı vasitəsi ilə terrorçuları yerləşdirmək üçün öz şərikinə pul köçürüb. Yakubconinin şəriki isə öz növbəsində, terror aktı törədildikdən sonra pulun bir hissəsini cinayətkarlardan birinin hesabına köçürüb.

Qeyd edək ki, bugünədək istintaq on müttəhimə qarşı ittiham irəli sürüb. Yusufzodaya gəlincə, o hazırda digər iş üzrə həbsdədir. Yakubconi qanunsuz miqrantlara qarşı əməliyyat zamanı polisə tabe olmadığına görə martın 26-da 12 sutkalıq həbs cəzası alıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top