Madaqaskarda dəhşətli qasırğa nəticəsində ölənlərin sayı artıb

DÜNYA 29 mar 2024, 21:28
Çərşənbə günündən etibarən Madaqaskarda davam edən Qamane qasırğasında ölənlərin sayı artıb. 

Demokrat.az xəbər verir ki, bu barədə Madaqaskar Milli Risk və Fəlakət İdarəetmə Ofisindən (BNGRC) məlumat verilib.

Məlumatda qasırğa nəticəsində ölənlərin sayının 18-ə yüksəldiyi, 3 nəfərin yaralandığı, 4 nəfərin itkin düşdüyü bildirilib. 

Bundan əlavə, qasırğa səbəbindən 20 mindən çox insanın didərgin düşdüyü vurğulanıb. 

Güclü yağış ölkənin müxtəlif bölgələrində daşqınlara səbəb olub, yolların və körpülərin dağıldığı qeyd edilib. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top