Bu ali məktəblərin diplomlarının tanınması həyata keçirilmir — Nazirlik

SOSİAL 28 mar 2024, 10:43
Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınmasınmasındakı vacib məqamla bağlı çağırış edib.

TKTA-dan Demokrat.az-a verilən məlumata görə, daxili akkreditasiyası olmayan ali məktəblərdən əldə olunan kvalifikasiyaların tanınması həyata keçirilmir.

Qeyd edilib ki, “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top