Kəlbəcərdə əl qumbaraları tapıldı — FOTO

HADİSƏ 28 mar 2024, 08:15
Kəlbəcər rayonunda əl qumbaraları tapılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik məqsədilə ərazidən götürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top