Vilsonun sonu, Leyenin donu: Ermənistanı “yarımhamilə”liyə aparan proses

XARİCİ SİYASƏT 27 mar 2024, 09:47
Siyasi prosesləri anlamaq, beynəlxalq tendensiyaların fərqinə varmaq üçün tarix bilgisi olduqca önəmlidir. Ermənistan parlamentinin Azərbaycanla şərti sərhəddə toplanan Avropa Birliyi müşahidəçilərin statusunu təsqiqləməsi, aprelin 5-də Nikol Paşinyanın Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə nəzərdə tutulan görüşünün əsas kodları da məhz tarixdə mövcuddur.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan görüşlə bağlı digər detallara vaqif olmadığını söyləyib. O, bircə bunu deyib ki, tədbir ölkəsinin müqavimətini gücləndirmək məqsədi daşıyır. Mediaya sızan başqa bir məlumata görə, Leyen, Blinken və Paşinyan Qarabağı tərk etmiş ermənilərin dönüş məsələlərini də müzakirə edəcəklər.

Bu məlumatlar yadımıza tarixdən “Vilson Ermənistanı” planını salır.

Bilənlər bilir, bilməyənlərə də ucundan-qulağından bir balaca bəhs edək.

1919-cu ildə ABŞ mediası az qala hər gün “məsum ermənilərə qarşı Türk zülmündən” bəhs edirdi. ABŞ mətbuatının böyük həvəs və israrla yaydığı xəbərlərə görə, xristianlara, xüsusən də ermənilərə qarşı yeni soyqırım törədilməsi an məsələsi idi.

22 iyun 1919-cu ildə erməni liderləri ABŞ prezidenti Vudro Vilsona bir məktub göndərdilər. Namə müəllifləri Paris Sülh Konfransının “ermənilərin sədaqətini və xidmətlərini” nəzərə almasını, bu məqsədlə Ermənistana təcili surətdə ərzaq, 50 min nəfərə yetəcək silah-sursat, hərbi və tibbi ləvazimatlar, o cümlədən digər zəruri mallar göndərilməsini xahiş etmişdilər. Qeyd olunurdu ki, göstəriləcək yardım “erməni torpaqları”nın azad edilməsi üçün lazımdır.

Prezident Vilsonun tövsiyyəsi ilə Vaşinqtondan Parisdəki ABŞ nümayəndələrinə göndərilən bu məktubda nəzərdə tutulan “erməni torpaqları” Şərqi Anadoluda 6 vilayət, üstəgəl, Azərbaycan Xalq Cümhuriyyətinin əraziləri- Zəngəzur və Qarabağ idi.

Qurulması planlaşdırılan “Böyük Ermənistan” üçün Vudro Vilson işi “poçt xidməti”nin ixtiyarına buraxmamış, Paris Sülh Konfransı davam edə-edə general Harbordu Anadoluya göndərmişdi.

Bundan başqa Ermənistanla bağlı məsələləri çözmək üçün Herbert Huver adlı ABŞ xarici siyasət idarəsinin Yaxın Şərq üzrə mütəxəssisini “müşahidə missiyası”nın rəhbəri təyin etmişdi.

Bu olayların üstündən tam 105 il keçib.

Amma diqqət edin:

Propoqanda eynidir!

“Azərbaycan və Türkiyə birləşib, “məsum erməni”ləri Qarabağdan didərgin salıb, Qərbi Zəngəzurda qanlarına qəltan etmələri də an məsələsidir”.

Nikol Paşinyan tarixdəki dilənçi babaları ilə eyni yalvarışları edir:

“Pul verin, silah verin, torpaqlarımızı alaq”.

Kollektiv Qərbin yanaşması və metodları da eynidir!

Məktublar yazılır, bəyanatlar verilir, komissiyalar qurulur, generallar görəvləndirilir, müşahidəçi missiyaları göndərilir.

Vilsonun tarixin iflasa məhkum etdiyi planı bu gün Almaniyanın “xristian demokratı” Ursula fon der Leyenin donunun altından çıxır. Bu, əslində, Ermənistanı yarım hamiləliyə aparan plandır.

Leyen ixtisasca iqtisadçı və ginekoloqdur.

Əgər o, siyasi coğrafiyada “Böyük Ermənistan” adlı bic bir dövlət doğuzdurmaq istəyirsə, bu arzundan doğacaq məxluqu yazının sonunda təsvir edəcəm. Bu məqamda hər kəsin bilməli olduğu daha vacib nüanslar var.

Əvvəla, ermənilər “xalq” statusunu tarixi tərəqqidən deyil, Vilsonun komissiyalarından almış bir din icmadır. Bu icmanın dövlət identifikasiyası olmadığından ən yaxşı halda “kvazi dövlət” ortaya çıxarırlar. “Yarım hamiləlik”dən danışandan ilk növbədə buna işarə edirəm.

İkincisi, biz Vilsonları, Leyenləri ən azı ermənilər qədər yaxşı tanıyırıq. Onların bu gün İrəvanla bütün əlaqələri uzaqbaşı Ermənistanı “yarım hamilə” qoyacaq.

“Kollektiv Qərb” 1920-ci illərdə Azərbaycana, Gürcüstana, hətta Ermənistana verdiyi sözlərin heç birini tutmadı. Azərbaycanın bolşeviklərin işğalına məruz qalması Gürcüstan və Ermənistana da qırmızı rəng verdi.

Bəli, bu coğrafiyanın məhəng daşı Azərbaycandır. Tarixə əyarı biz veririk. Bu qədəri dəyişməyi nə Leyen bacarar, nə də ləyən, nə də mələyən. Əgər Ermənistan SSRİ dağıldıqdan sonra əsla çevrilə bilmədiyi müstəqil dövlət kimi özünü gələcəyə daşımaq istəyirsə, Cənubi Qafqazın lider respublikası olan Azərbaycana qarşı tarixi səhvlərini təkrarlamamalıdır. Bu səhvlər istisnasız olaraq daşnak zehniyyətindən doğur və daşnaklara dünyada görüləsi bir iş qalmadığını liderlərindən Hovanes Kaçaznuni 1923-cü ildə qələmə alıb.

Odur ki, Ursula fon der Leyenin donunun altından çıxan “Vilson planı”ndan uzaqbaşı yeni Kaçaznuni törəyə bilər.

Bu dünyada “yarım hamiləlik”dən dünyaya gəlmiş yeganə canlı növü daşnaklardır!

Taleh Şahsuvarlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top