Crocus-dakı terrora görə həbs olunan biznesmenə məxsus obyektlər bağlandı

GÜNDƏM 27 mar 2024, 00:30
“RİA Novosti”nin müxbiri “Crocus City Hall”da törədilən terror aktına görə həbs olunan Alişer Kasımova məxsus "Çayxana"da olub, oradan görüntülər təqdim edib.

Demokrat.az xəbər verir ki, "Putilkovskoye" şossesində yerləşən bu kafenin hazırda bütün qapıları bağlıdır və gələcək iş qrafiki ilə bağlı heç bir xəbərdarlıq nişanı yerləşdirilməyib.

Hətta yaxınlıqda olan hamam belə bağlıdır. Hamamın da əməkdaşı bildirib ki, yaxın günlərdə bura da bağlanacaq: “Crocus Siti”də terror olandan sonra qonşu kafe, “Çayxana” bağlandı, bizə də dedilər ki, siz də bağlayın".

Qeyd edək ki, “Crocus City Hall”dakı terror aktı ilə bağlı iş üzrə səkkizinci müttəhim olan 32 yaşlı biznesmen Alişer Kasımov mayın 22-dək həbs edilib.

Məlumata görə, o, Rusiya vətəndaşıdır, ölkəyə Qırğızıstanın Oş şəhərindən gəlib. Ailəlidir, üç övladı var, Putilkovoda çayxana sahibidir.

İclasda hakimin “nədə ittiham olunduğunu bilirsinizmi?” sualına Kasımov belə cavab verib: “Mən sadəcə olaraq kirayə mənzil verirdim”.

Kasımov Krasnoqorskdakı mənzilini kimə kirayə verməsindən şübhələnmədiyini vurğulayıb. Onun sözlərinə görə, əmlak ipotekada olub və kirayənişinləri internet vasitəsilə tapıb. (Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top