Moskvada konsert zalında DƏHŞƏTLİ TERROR: Xeyli sayda ölən və yaralanan var — YENİLƏNİB

REGİON 22 mar 2024, 23:30
“Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb.

Bina yanmağa davam edir. Yanğın sahəsi təxminən üç min kvadratmetr təşkil edir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binada baş verən yanğının söndürülməsi üçün aviasiyadan istifadə edilir, helikopter yanan binaya su tökür, daha iki helikopter isə havaya qalxmağa hazırlaşır.

Qeyd olunub ki, “Crocus City Hall”un yaxınlığında içərisində partlayıcı maddə olan avtomobil ola bilər, Xüsusi Çevik Müdaxilə Dəstələri insanları binadan uzaqlaşdırırlar.

Həmçinin, yeni çökmənin baş verdiyi də bildirilir. Binadan qışqırıq səsləri eşidilir.//Oxu.az

22:24

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

“Report” xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

21:29

Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb.

“Report” xəbər verir ki, bu barədə “Ostorojno, novosti”, “Baza” və “Mash” teleqram kanalları bildirib.

"Baza"nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top