“Sizdən kömək istəyirik” — Cahangir Hacıyevin bacısı Prezidentə MÜRACİƏT ETDİ

HADİSƏ 11 sen 2019, 14:46

Azərbaycan Beynəlxalq  Bankının həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Prezident İlham Əliyevə müraciət edib.


Demokrat.az Turan-a istinadən bildirir ki, Əminə Hacıyeva qardaşı ilə görüşə bilmədiyini yazıb:


“Möhtərəm Cənab Prezident !


Mən bir ildir ki, ( 15 sentyabr 2018-ci ildən ) Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşım Cahangir Hacıyevlə görüşə bilmirəm, bizim görüşümüzə icazə verilmir, telefon danışıqlarına da icazə verilmir.


Məhkəməyə müraciət etmişik, bir ildir ki, müxtəlif məhkəmə mərhələlrində görüş probleminə baxılır, amma heç bir nəticə yoxdur.


Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa da müraciət etmişik, yenə də heç bir nəticə yoxdur.


Qanunla məhbusun ailə üzvləri ilə görüşmək hüququ var. Niyə biz bu hüquqdan məhrum olmuşuq, məlum deyil, səlahiyyətli müvafiq orqanlar bu problemi həll etmirlər, müraciətlərə cavab da vermirlər. Biz nə edək?


Ona görə Sizə müraciət etmək məcburiyyətindəyik.


Bu qanunsuzluğun aradan qaldırılmasında Sizdən kömək istəyirik.


Bizə kömək etməyinizi xahiş edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top