Şamaxıdakı vulkan püskürməsi zəlzələyə səbəb olacaq? — RƏSMİ

HADİSƏ 14 mar 2024, 16:21
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi 2024-cü il martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində "Məlikçobanlı” palçıq vulkanının növbəti - 5-ci püskürməsini qeydə alıb.

Püskürmə yerli vaxtla saat 18:09-da başlayıb və 3 dəq davam edib.

Vulkan püskürmələrinin zəlzələlərlə əlaqəli olmasını nəzərə alsaq ölkə ərazisində təbii fəlakətlərin baş vermə ehtimalı yaranır. Görəsən, yaxın günlərdə Azərbaycanda ərazisində zəlzələ baş vermə ehtimalı varmı?

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Baku.ws-ə bildirib ki, həmin vulkan çox enerjili və güclü püskürən vulkan deyil: "Martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində vulkanın püskürməsi 3 dəqiqəyə qədər davam edib. Palçığın qalxma hündürlüü isə 4-5 metr olub.

Amma ölkəmizdə Daşlı və Lökbatandakı vulkanların hündürlüyü 50 metr olub. Dənizdə baş verən vulkan rayonlardan da görsənirdi. Lakin Şamaxıdakı vulkanın qorxusu yoxdur. Bu vulkanın palçığı təxminən 1 hektar əraziyə tökülüb. Sonradan daha güclü püskürmək ehtimalı da yoxdur.

Bu səbəbdən ətraf ərazidə vulkanın püskürməsi səbəbindən zəlzələnin baş vermə ehtimalı yoxdur. Vulkan püskürməsindən öncə hiss xırda, hiss olunmayan iki zəlzələ qeydə alınıb. Vulkanın oyanmasına bu zəlzələlər də rəvac verib. Çünki vulkanlarla zəlzələlərin genetik əlaqəsi var. Zəlzələdən öncə və sonra püskürmələr ola bilir. Yerdə gedən sıxılma, genişlənmə, layların gərilməsi və enerjinin toplanması bir-birilə bağlıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top