“Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur”

DÜNYA 12 mart 2024, 10:20
“Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur. Ukrayna müqavimət göstərdikcə, Fransa ordusu öz ərazisində qala bilər”.

Demokrat.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Rusiya başqa bir NATO ölkəsinə hücum etsə, vəziyyət tamamilə fərqli olacaq.

Qeyd edək ki, ötən ay Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalının istisna edilmədiyini bildirmişdi. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top