Avropa ölkələri son 5 ildə silah idxalını iki dəfə artırıb

DÜNYA 11 mart 2024, 22:59
Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın bir çox ölkəsi müdafiə sərmayələrini artırmaq qərarına gəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə Beynəlxalq Sülh Araşdırmaları İnstitutu hesabat yayıb.

Hesabata görə, Avropaya döyüş təyyarələri, tanklar və sualtı qayıqlar kimi silahların idxalı 2014-2018-ci illər ilə müqayisədə 2019-2023-cü illərdə təxminən 94 faiz artıb. 

Avropanın ən böyük idxalçısı Ukrayna olub və qitənin ümumi silah idxalının 23 faizini həyata keçirib. 

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Qərb ölkələrinin Kiyevə hərbi yardımının artması ilə Ukraynanın 2019-2023-cü illərdə dünyanın dördüncü ən böyük idxalçısı olması diqqət çəkib. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top