QHT-lərə Dövlət Dəstəyi Agentliyində yoxlama aparılması ilə bağlı dezinformasiyanı kim yayıb? — Araşdırmanın izi ilə

GÜNDƏM 11 mart 2024, 20:23
Azərbaycan Respublikası Baş Prokurorluğunun QHT-lərə Dövlət Dəstəyi Agentliyində yoxlama aparması barədə məlumat həqiqəti əks etdirmir.

Həm Baş Prokurorluq, həm də QHT-lərə Dövlət Dəstəyi Agentliyi “apa.az”ın sorğusuna cavab olaraq bununla bağlı mediada yayılan məlumatı təkzib edib.

Bizim.Media xəbər verir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, Baş Prokurorluğun QHT-lərə Dövlət Dəstəyi Agentliyində yoxlama aparması barədə yalan məlumatı dövriyyəyə “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı buraxıb. 

Mətanət Əsgərqızının şantaj, hədələmə və cinayət tərkibli fəaliyyəti barədə Baş Prokurorluqda araşdırmalara başlanıldığı və artıq bir neçə dəfə dindirildiyi bildilir. O, diqqəti yayındırmaq, özünü təmizə çıxarmaq üçün bu cür yalan məlumatları tirajlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top