“Qarabağ”ın “Bayer”i keçəcəyi təqdirə qazanacağı məbləğ bəlli oldu

İDMAN 07 mar 2024, 13:13
Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqası çərçivəsində Almaniyanın “Bayer”(Leverkuzen) klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də başlayacaq.

“Qarabağ”ın “Bayer”i keçəcəyi təqdirdə qazanacağı məbləğ məlum olub.

Bələ ki, əgər “Qarabağ” Almaniyanın “Bayer”(Leverkuzen) komandasına qalib gələrsə, 1 milyon 200 min avro (2 milyon 194 min 800 manat) qazanacaq.

Xatırladaq ki, bu məbləğ iki oyunun nəticəsinə əsasən hesablanır.

Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top