“Məqsəd resurslardan səmərəli istifadədir” — “Yaşıl enerji” sahəsində YENİLİK

SƏNAYE VƏ ENERGETİKA 04 mar 2024, 17:29
Azərbaycanda Enerji effektivliyi fondu yaradılıb. Prezident İlham Əliyev ötən həftə bununla bağlı fərman imzaladı. Fərmanla “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilib. Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır. Fondun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Energetika Nazirliyidir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə Demokrat.az-a açıqlamasında qeyd edib ki, Enerji effektivliyi fondunun yaradılması bir sıra vacib məsələləri tənzimləyəcək:



“Enerji effektivliyi fondunun yaradılmasında məqsəd enerji resurslarından səmərəli istifadədir. Ənənəvi enerji ilə yanaşı, “yaşıl enerji”nin istehsalı və səmərəli istehlakı nəzərdə tutulur. Fondun yaradılması ilə çoxşaxəli işlər həyata keçiriləcək. Azərbaycan dünyada alternativ enerji mənbələrinin inkişafına töhfə verən ölkələrdəndir. 

Ölkəmiz bu istiqamətdə mühüm işlərə imza atır. Alternativ enerjinin istehsalının artırılması ölkənin ənənəvi enerji resurslarına qənaəti təmin edir. Bu baxımdan Enerji effektivliyi fondunun yaradılması dövlətin bu istiqamətdə icra etdiyi tədbirlərin mühüm tərkib hissəsidir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top