“Neftçi” 200-cü dəfə məğlub oldu

İDMAN 04 mar 2024, 12:20
“Neftçi” Azərbaycan çempionatlarında 200-cü dəfə məğlub olub.

Demokrat.az xəbər verir ki, bu, Premyer Liqasının XXV turuna təsadüf edib.

Bakı klubu “Qarabağ”la görüşdə 1:4 hesabı ilə uduzub. “Ağ-qaralar”ın xal qazanmadığı 200-cü matç ölkə çempionatlarındakı 914-cü qarşılaşmaya təsadüf edib.

“Neftçi”nin ən çox uduzduğu komanda “Qarabağ”dır. Ağdam təmsilçisi Azərbaycan derbilərində 40-cı dəfə “ağ-qaralar”ı xalsız qoyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top