Kanada Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiq edəcəyini açıqlayıb

DÜNYA 03 mar 2024, 20:15

Kanada Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Bunu ölkənin xarici işlər naziri Melani Coli deyib.

Qeyd olunur ki, altı Rusiya rəsmisinə qarşı sanksiyalar tətbiq olunacaq. Bunlara “yüksək vəzifəli məmurlar və Rusiya prokurorluğunun, məhkəmə orqanlarının və islah müəssisələrinin əməkdaşları” daxildir.

Navalnının ölümü ilə əlaqədar artıq ABŞ, Böyük Britaniya və Avstraliya Rusiya Federasiyasına qarşı məhdudiyyətlər tətbiq edib. Rusiya səfiri Oleq Stepanov fevral ayında Kanada Xarici İşlər Nazirliyinə çağırılıb və qınanılıb.(apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top