UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Bayer” matçının biletləri artıq satışa çıxarılıb.
Demokrat.az Baku.ws-ə istinadən xəbər verir ki, bu gün saat 12:00-dan etibarən paytaxtın müxtəlif məkanlarında satışa çıxarılan biletlərə görə izdiham yaşanır.
"İticket" bilet satışı paltformasında yaranan nasazlıq səbəbindən bilet alıcıları saatlarla növbədə gözləməli olublar. Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək matçın biletləri müvafiq olaraq 5, 10, 20, 30, 40, 100 və 150, 300 AZN-ədir.
Paytaxtın mall-larından birində təşkil edilən bilet satışı məntəqəsi qarşısındakı növbə izdihamının görüntüsünü təqdim edirik: