Nazirlə jurnalist mübahisə etdi: Gərginlik — VİDEO

SOSİAL 01 mar 2024, 09:25
Elm və təhsil naziri Emin Əmrullayev bu gün baş tutan mətbuat konfransında media nümayəndəsinə etiraz edib.

Demokrat.az xəbər verir ki, nazir brifinqə başlayarkən, jurnalistlərin hər birinin ən çoxu iki sual verməsi ilə bağlı “reqlament” müəyyən edib.

Jurnalistlərdən birinin 3 sual verməsi isə nazirin narazılığına səbəb olub. O, qaydalara riayət etməyə çağırıb. Bu zaman jurnalist “siz iki və daha çox sual verə bilərsiniz demişdiniz” sözləri isə naziri əsəbiləşdirib. E.Əmrullayev başa düşülməməsi ilə bağlı hər gün problem yaşadığını xüsusi vurğulayaraq, buna qəti etirazını bildirib.

Sözügedən mübahisəni təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top