Rusiyaya qarşı yeni SANKSİYALAR

DÜNYA 01 mar 2024, 08:33
Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Belə ki, 12 fiziki şəxsə və 36 təşkilata qarşı sanksiya elan edib.

Demokrat.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin rəsmi qəzetində deyilir.

Yeni sanksiyalar siyahısına daxil edilən təşkilatlar arasında “FSUE Atomflot”, “Kalaşnikov”, “Almaz-Antey”, “Uralvaqonzavod” və “Bazalt” konserni də var.

Yaponiya hakimiyyəti “Tinkoff” bankı da sanksiyalar siyahısına əlavə edib. Həm fiziki şəxslərin, həm də təşkilatların aktivlərinin dondurulmasını nəzərdə tutan sanksiyaların martın 31-dən qüvvəyə minəcəyi vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top