Ermənistan Rusiyaya nota verib

DÜNYA 28 fev 2024, 20:47

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.

Ermənistan mətbuatında yayılan məlumatlara görə, bu barədə Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan bildirib.

Etiraz notasına səbəb kimi Rusiyanın televiziya yayımı standartlarını pozduğu göstərilib.

“Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair dövlətlərarası saziş çox güman ki, təkmilləşdirilməlidir və ya redaktə edilməlidir. İki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən qanun pozuntusu qeydə alınıb”, - nazir vurğulayıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top