Qəza şəraiti yaradan “Porsche” sürücüsü qoçuluq edib yolu kəsdi — VİDEO

HADİSƏ 28 fev 2024, 17:09
Masazır dairəsində sürücü yol hərəkət qaydasını kobud şəkildə pozub.

Demokrat.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə fevralın 27-də baş verib.

Belə ki, 99-OT-777 qeydiyyat nişanlı “Porsche” markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcının keçilməsi qaydasını pozaraq qəza şəraiti yaradıb.

Görüntünü qeydə alan sürücü qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalı verən zaman o, bundan qəzəblənərək yolu kəsib. Avtomobildən düşən sürücü haqsız olduğu halda mübahisə etməyə başlayıb.

Görüntünü qeydə alan sürücünün sözlərinə görə, mübahisənin sonunda o, “sən bilmirsən, hələ mən kiməm” deyərək ərazidən uzaqlaşıb.

Sözügedən videonu təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top