Ruhiyyə Əliyeva ödülə layiq görüldü — VİDEO

ŞOU-BİZNES 25 fev 2024, 22:18
“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva ödülə layiq görülüb.

Demokrat.az OLAY-a istinadən xəbər verir ki, iş xanımı “Qadın sahibkarlar klubu” tərəfindən mükafatlandırılıb. 

R. Əliyeva çıxışı zamanı iş xanımı kimi çox çətinliklərlə üzləşdiyini deyib:

“Təbii ki, bizdə sahibkarlıqla məşğul olan çox insanlar var. O sahibkarlardan biri də mənəm. Bəzən, bizim yolumuza çox maneələr çıxır, çox çətinliklərlə üzləşirik. Amma buna baxmayaraq, biz öz işimizi sevə-sevə yerinə yetiririk, ərsəyə gətiririk. Çünki biz Azərbaycan vətəndaşıyıq. Biz necə öz dövlətimizi seviriksə, öz işimizi də elə sevirik. Tək pul qazanmaq deyil, həm də insanlara yardım etməkdir, insanların yanında olmaqdır. Ona görə də mən bu qadınlara uğurlar arzulayıram”.

O, sosial media hesabında da bununla bağlı paylaşım edib:

““Qadın sahibkarlar klubu”nda iştirak etmək, “Liatris” holdinqin rəhbəri kimi mükafatlandırılmaq çox gözəl hisslər yaratdı. Müasir cəmiyyətimizdə bu cür klubların təşkil olunması qadınların biznes sahəsinə inteqrasiyasını sürətləndirir. Klubun təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, tədbir iştirakçıları arasında Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva da var idi.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top