Xırdalanda məktəb şagirdinin iddia olunan səs yazısı araşdırılır

SOSİAL 25 fev 2024, 15:00
Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, artıq ötən həftədən etibarən idarə tərəfindən araşdırma başlanılıb.

"Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib. Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq", - açıqlamada deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top