Tailandın Baş naziri İlham Əliyevi təbrik etdi

XARİCİ SİYASƏT 23 fev 2024, 17:43
Tailand Krallığının Baş naziri Settxa Txavisin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Tailand Krallığının Hökuməti və xalqı adından ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, sizin davamlı liderliyiniz Azərbaycan Respublikasına və onun xalqına daha böyük firavanlıq və tərəqqi gətirəcək. Mənim hökumətim Zati-alinizlə ölkələrimizin və xalqlarımızın qarşılıqlı mənafeyi naminə dostluq əlaqələrimizi daha da inkişaf etdirməkdə maraqlıdır.

Bu fürsətdən istifadə edərək, Sizə gələcək fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top