Deputatlar Belarusdakı seçkiləri müşahidə edəcək

XARİCİ SİYASƏT 21 fev 2024, 10:02
Milli Məclisin deputatları Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına və yerli deputat şuralarına seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün fevralın 22-də bu ölkənin paytaxtı Minsk şəhərinə səfər edəcəklər.

Milli Məclisdən Demokrat.az-a verilən xəbərə görə, deputat İltizam Yusifov MDB PA-nın xətti ilə, deputat Sabir Hacıyev MDB İcraiyyə Komitəsinin xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçki prosesini müşahidə edəcək, vətəndaşların fəallığına, seçicilərin hüquqlarının təmin olunmasına diqqət yetirəcəklər.

Səfər fevralın 27-də başa çatacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top