ABŞ və Britaniya səfirləri Bakıda Navalnının xatirəsini yad etdilər — Hüseyn Cavidin abidəsinə gül dəstələri qoyulub...

GÜNDƏM 20 fev 2024, 17:09
Bu gün Böyük Britaniyanın Azərbayandakı səfiri Ferqus Auld və Amerika Birləşmiş Ştatlarının səfiri Mark Libbi Bakıda Rusiya müxalifətinin lideri Aleksey Navalnın xatirəsini yad edib.

Demokrat.az xəbər verir ki, bu barədə Britaniya səfiri “X” hesabında yazıb.

“Bu gün ABŞ səfiri Mark Libbi ilə birlikdə həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum”, - o qeyd edib.

Xatırladaq ki, görkəmli dramaturq, yazıçı Hüseyn Cavid Sovet İttifaqının Azərbayanda ötən əsrin 30-40-cı illərində həyata keçirdiyi amansız represiyanın qurbanlarından biridir...

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top