Arda Güler yayda “Real Madrid”i tərk edə bilər

İDMAN 17 fev 2024, 17:15
“Real Madrid”in türkiyəli oyunçusu Arda Gülerin ​​yay transfer pəncərəsində klub qeydiyyatı müvəqqəti dəyişə bilər.

Mənbənin sözlərinə görə, Madrid klubunda yeddi ay keçdikdən sonra 18 yaşlı yarımmüdafiəçinin matçların tempini saxlamaq üçün kifayət qədər fiziki hazırlığının olmadığı məlum olub. Bu baxımdan, “Real Madrid” Ardanın oyun təcrübəsi qazanmaq üçün yayda başqa kluba getməsi variantını nəzərdən keçirir.

Qeyd olunur ki, Güler ​​qalsa, gələn mövsüm onun oyun müddəti daha da azala bilər.

Xatırladaq ki, Güler ​​bu mövsüm bütün turnirlərdə dörd matçda iştirak edib, heç birində fərqlənə bilməyib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.//Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top