Yunanıstanda eynicinslilərin nikahına icazə verildi, kilsə qanunun əleyhinə çıxdı

DÜNYA 16 fev 2024, 10:45

Yunanıstan parlamenti eynicinslilərin nikahını və eynicinsli cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsini qanuniləşdirən qanunu qəbul edib.

Yunan Kilsəsi qanuna qarşı çıxıb və onu ənənəvi ailə dəyərləri üçün təhlükə yaratdığını bəyan edib.

300 yerlik Yunanıstan parlamentində 254 deputat səsvermədə iştirak edib.

Qanunun qəbulunun lehinə 176 deputat, əleyhinə 76 deputat səs verib, iki deputat bitərəf qalıb.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis qanunun lehinə çıxış edib.

“İslahat başqalarının həyatına toxunmadan, bir çox həmvətənlərimizin həyatını yaxşılaşdırır”, - deyə o vurğulayıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top