Məşhur futbolçu həbs edildi

İDMAN 14 fev 2024, 19:44
Məşhur futbolçu Kvinsi Promes 6 il müddətinə azadlıqdan məhrum edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, daha əvvəl əmisi oğlunu bıçaqladığı üçün 1,5 il həbs cəzası alan 32 yaşlı məşhur futbolçu bu dəfə narkotik alverinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. 

1,5 ton kokainin daşınmasını təşkil edən Promes məhkəməyə qatılmayıb. 

Hazırda Birləşmiş Ərəb Əmirliklərində olan Promes, BƏƏ ilə Hollandiya arasında “ekstradisiya müqaviləsi” olduğu üçün Hollandiya prokurorluğunun tələbi ilə ölkəsinə təhvil veriləcək.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top