Tovuz bazarı bağlanır? — VİDEO

SOSİAL 14 fev 2024, 09:18
Tovuz bazarında qida məhsulları və meyvə-tərəvəz satılan hissə bağlanıb. Bu da satıcıların narazılığına səbəb olub.

Demokrat.az-ın məlumatına görə, illərdir piştaxta arxasında dayanıb müxtəlif qida məhsulları, meyvə-tərəvəz satan 50-dən çox satıcıya bu gün bazar rəhbərliyinin yeni tapşırığı çatdırılıb.

Satışın dayandırılmasına səbəb Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məhsulların antisanitar şəraitdə satılmasına qarşı tətbiq etdiyi qadağa və cərimələrdir.

AQTA-nın Mətbuat Xidmətinin rəhbəri İlkin Kərimov məsələ ilə bağlı bildirib ki, qeyd olunan ticarət mərkəzində məhsullar antisanitar şəraitdə satılır.

Onun sözlərinə görə, bununla bağlı sahibkarlara xəbərdarlıqlar edildikdən sonra cərimələr də tətbiq edilib. Satıcıların bir yerdən başqa yerə köçürülməsi isə Agentliyin səlahiyyətləri daxilində deyil.

AQTA sadəcə məhsulların sanitar normalara uyğun şəkildə satışını tələb edir.

Ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top