Rəşad Məcid: "Nə məlumat oxuyurlarsa, dəqiqləşdirmədən yazırlar" — AÇIQLAMA

MEDİA 12 fev 2024, 15:59
"Peşəkar mediayla sosial medianın fərqi odur ki, sosial mediada məsuliyyət hissi olmur".

Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Kulis.az-a açıqlamasında deyib.

Məşhurların ölüm xəbərləri ilə bağlı dezinformasiya yayan jurnalistlər, saytlar haqqında danışan sədr xəbər saytlarını məsuliyyətli olmağa çağırıb:

"Peşəkar mediayla sosial medianın fərqi odur ki, sosial mediada məsuliyyət hissi olmur. İstifadəçilər də nə məlumat eşidirlərsə, nə məlumat oxuyurlarsa, dəqiqləşdirmədən yazırlar. Peşəkar media bu məsələlərdə ehtiyatlı olmalı, sosial mediaya istinad edərkən məlumatı mütləq dəqiqləşdirməlidir. Bütün xəbər saytlarını bu mövzuda məsuliyyətli olmağa çağırıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top