Bəstəkar Cavanşir Quliyev əməliyyat olundu — YENİLƏNİB

MƏDƏNİYYƏT 12 fev 2024, 15:51
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada əməliyyat olunub. 

Demokrat.az-ın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, artıq əməliyyat başa çatıb: 

“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır”.

***
08:34


Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb. Məlumatı onun sənət dostları paylaşıb.


Lakin dəqiqləşmədən sonra məlum olub ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir. 

Demokrat.az xəbər verir ki, Heydər Əliyev Fondundan verilən məlumata görə, 74 yaşlı bəstəkar bu gün planlı əməliyyata girəcək. 

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin beyninə qan sızdığı bildirilir. 

Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.


***
08:12


Əməkdar incəsənət xadimi bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada vəfat edib.

Demokrat.az
xəbər verir ki, bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.

Xatırladaq ki, sənətkar fevralın beşində xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, bəstəkar 1950-ci ilin noyabrın 22-də Şəkidə anadan olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top