AKP nümayəndələri Heydər Əliyev Mədəniyyət Mərkəzində — FOTOLAR

SİYASƏT 11 fev 2024, 12:35
Fevralın 10-da Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti İzmit Bələdiyyə Başçı Namizədi Məhərrəm Tutuşun sədrliyi ilə Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evində olublar. 

Demokrat.az xəbər verir ki, mərkəzə təşkil olunan ziyarətə İl Başçı Köməkçisi Füsun Çengelköy, İzmit Gənclik Qolları Başçısı Köksal Gümüş, İlçe Qadın Qolları Başçı Köməkçisi Ayşegül Atlı, İzmit İlçe Rəhbərliyi, Gənclik Qolları müdirləri, İlçe Baş Akademiya Müdirləri,  Məclis üzvü Canan Soylu və digərləri qatılıb. 

İdarə heyəti üzvləri Adnan Zamburkan, Canip Nuray, Mehmet Seven, Alptekin Cevherli, Muammer Demir, Halime Aldemir, Cafer Dal, Şakir Durdağ, Mustafa Akgüneş, Halil Topçu, Abdürrahim Küçük, Sema Aslan, Dilaycan Dal və başqaları qonaqları qarşılayıb. 

Nümayəndə heyəti Kitabxanaya baxış keçirib, Türkiyədə ilk və yeganə Soyqırım Muzeyini ziyarət edib və qonaqlar kitabına imza atıblar. 

Bilal Dündarın yazdığı kitablardan biri imzalanaraq qonaqlara hədiyyə edilib. 

Sonda günün xatirəsi üçün fotolar çəkilib. Qonaqlar İdarə Heyəti tərəfindən qapıya qədər yola salınıb.




Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top