“Hədəfdə Parlamentdir: İş gedir!” — Deputatdan SOS siqnalı...(ŞOK YAZI)

SİYASƏT 10 fev 2024, 13:23
Elə ancaq radikal müxalifətin sosial mediasına, konkret olaraq “Azadlıq” və bu kimi qəzetlərin feysbuk səhifəsində paylaşılan statuslara nəzər yetirmək kifayətdir ki, onların kənardan hansı formada və nə miqyasda maliyyələşməsini aydın sezmək, təxmin etmək mümkün olsun.

Şəbəkə işləyir və artıq bölgələrə dövr alıb. Son seçkilərdən sonra fiaskoya uğrayan anti-Azərbaycan qüvvələri artıq sözün gerçək anlamında quzğunlaşıb, quduzlaşıb!

Bəzi detalları paylaşım. Əli Kərimli Gürcüstan üzərindən Bakıya ötürülən pulları ilk dəfədir ki, “dağıtmağa” başlayıb. Xüsusən şimal bölgəsində qaraguruh qüvvələrin aktivliyi hiss olunur. İcra başçılarının, yerli məmurların zəif olduğu və ya zəif göründüyü ərazilər prioritet kimi seçilib. Onlara həssas təbəqələrlə ciddi şəkildə “işləmək” tapşırığı verilib.

“Abzas Media” layihəsi ifşa ediləndən sonra “araşdırmaçı” adı ilə ictimai nəzarət mexanizminin sınaqdan keçirilməsi Qərb dairələri tərəfindən təklif olunan ən son ideyalardandır. Eyni zamanda Anar Məmmədli “presedent”inin daha iri masştabda təbliğ edilməsi gündəmə gəlib. Fərd olaraq Xədicə İsmayıl, internet resursu olaraq isə “Toplum TV” kimi formatlardan geniş istifadə edilir. Və əsas məqsəd (hədəf) bu istiqamətə fokslanıb: “Radikal saytlarda, internet TV-lərdə oxunma və baxılma sayı yüksəlsin, maksimum daha geniş miqyasda etimadsızlıq mühiti formalaşsın, Parlament seçkilərinə qədər bölgələri təmsil edən millət vəkillərinin imici korlansın, insanlarda mənəvi aşınma hissi yüksəldilsin”

Gültəkin Hacıbəylinin son aylarda intensiv xarakter alan Avropa səfərləri də  missioner məzmunludur. O, həmin səfərlər çərçivəsində anti-Azərbaycan qüvvələri ilə ardıcıl görüşlər keçirib, səfirliklərdən, konsulluqlardan, erməni lobbisinə bağlı təşkilatlardan konkret tapşırıqlar alıb və geri dönüşündə onları icra etməyə başlayıb.

Qubad İbadoğlu “xətt”i artıq işə yaramır. Çünki bütün bağları qırılıb, koordinasiyaları xaotik vəziyyətdədir. Ələlxüsus da Ərdoğanın seçkilərdə növbəti qələbəsindən sonra FETÖ-çuların mövqeyi ciddi şəkildə sarsılıb və Pensilvaniyadakı canişin də artıq yaxşı başa düşür ki, Türkiyədə güclü ola bilməyən “hörgütçü”lərin Bakıda siyasi proseslərə təsir etmək imkanı, şansı sıfırın belə altındadır.

Radikal mühacirləri öz ətrafında toplayan və Strasburqda təsis konfransını keçirən təşkilat isə birbaşa Fransa xüsusi xidmət orqanının təlimatı ilə yaradılıb. Məqsəd də o idi ki, Prezident seçkiləri zamanı xaricdəki səsverməyə təsir imkanlarını formalaşdırsınlar, öz aləmlərində həmin səsvermə prosesini ifşa etsinlər və sonra da internet resursları üzərindən yaysınlar. Amma seçkinin xeyli önə çəkilməsi və onun növbədənkənar şəkildə keçirilməsinə qərar verilməsi xain qüvvələrin bu planını da puç etdi.

Hazırda hədəf Parlamentdir və bütün qara qüvvələrin niyyətləri bütünlükdə ora yönəlib, hesablanıb. Bir daha təkrar edirəm: İş gedir! Ciddi büdcə var və təəssüflə vurğulamalıyam ki, həmin büdcə təkcə üzdə görünən nimdaş siyasətçiləri deyil, eyni zamanda bəzi “gözəgörünməz”ləri də ələ alacaq, üzərimizə yönəldəcək gücdədir!

Ən sonda. AXCP sədri Əli Kərimliyə deyiləcək bir neçə sözüm var: Səni azı 50 dəfə debata çağırmışam. Üstəlik, öz meydanında. “Azadlıq” radiosunda. Amma gəlməmisən, qorxaq kimi ortalıqdan qaçmısan!

Ölkənin ən tirajlı saytlarından, qəzetlərindən yazıram, cavab verməyə cəsarətin çatmır. Pişik kimi, tülkü kimi gizlənmisən!

Deyirəm, hünərin varsa məhkəməyə ver, barı orada görüşək. Yenə hərəkətsizsən. “Dux” yiyəsi deyilsən!

Fəqət, “AXCP” qırıntılarına tapşırıq verməyə bir cansan ki, məni və ailəmi hədəfə alsınlar.

Namərd gədə! Kişiliyin varsa üzbəüz gəl. Meydana çıx. Tör-töküntülərinlə hücum eləmə. Qaraguruh, “homo-sapiens” tipindən uzaq sifətliləri, özün kimi simasızları, mürtədləri üzərimə göndərmə!  

Bu sənə son xəbərdarlığımdır...

Sakitləşməsən, yanındakı itləri sakitləşdirməsən cavabın daha ağır olacaq!

 

Elşən Musayev, Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top