İlham Əliyev, Heydər Əliyev və Bayraktar... — FOTOLAR

GÜNDƏM 09 fevral 2024, 16:20
Xəbər verdiyimi kimi, fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.

Demokrat.az-ın məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlət başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat veriblər.

















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 iyun 2025, 09:38
Top