SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində müşavirə keçirildi — FOTOLAR

GÜNDƏM 08 fev 2024, 21:41
SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyində Sağlamlıq, Əməyin təhlükəsizliyi, Ətraf mühitin mühafizəsi və Keyfiyyət sahəsi üzrə 2023-cü ilin yekunlarına dair müşavirə keçirilib.

İclasda Birlik rəhbərliyi və SOCAR-ın SƏT Departamentinin əməkdaşları iştirak ediblər. Görüşdə SƏTƏMM sahəsinin istehsalatda ən önəmli sahə olduğu, işçilərin sağlamlığının qorunmasının, təhlükəsiz iş mühitinin yaradılmasının əsas vəzifə olduğu bildirilib. Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov 2023-cü ilin yekunlarına dair hesabatı təqdim edərək görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı qayda və normaların tələbləri əsasında işlər icra edilib, işçilər xüsusi geyim, fərdi mühafizə vasitələri ilə tam təmin olunub, əmək şəraitinin yaxşılaşdırılması məqsədilə təmirə ehtiyac olan istehsalat binaları təmir olunub. Görülmüş işlərin nəticəsi olaraq 2023-cü ildə istehsalatda heç bir bədbəxt hadisənin baş vermədiyi də diqqətə çatdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top