"Seçkilər yüksək səviyyədə keçirilib" — Serbiyalı deputat

GÜNDƏM 08 fev 2024, 16:11
Müşahidələrimiz onu deməyə əsas verir ki, seçkilərdə konstitusiya hüquqlar tam təmin edilib və seçkilər yüksək səviyyədə keçirilib.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləyən Serbiya parlamentinin nümayəndə heyətinin rəhbəri Sandra Boziç fevralın 8-də Bakıda təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, seçkilər yüksək səviyyədə təşkil edilib: "Burada olmaqdan çox şadıq. Bizi növbədənkənar prezident seçkilərinə müşahidəçi kimi dəvət etdiyinə görə Azərbaycana təşəkkür edirik. Düşünürəm ki, bu nəticələr tarixi hadisədir, texniki səviyyədə çox yaxşı təşkil edilmiş seçkidir. Belə seçki keçirdiyinə görə Azərbaycanı təbrik edirik!".

"Seçki prosesi ərzində Xankəndi və Şuşa şəhərlərində olmuşuq. Bu zaman seçkilərin bütün qaydalara uyğun təşkil etməsinin şahidi olduq. Belə qənaətə gəldik ki, azad seçkilərin həyata keçirilməsinə təhdid yaradan qanun pozuntusu olmayıb", - Sandra Boziç əlavə edib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top