“İnsan xəbəri olmadan da depressiya yaşaya bilər” — Necə baş verir?

SOSİAL 05 fev 2024, 20:27
Depressiya hazırkı dövrdə çox yayılıb. Gündəlik həyat qayğıları, maddi və mənəvi sıxıntılar insanları depressiyaya salır, bəzən yaşamaq həvəsinə üstün gəlir. Klinik psixoloq Gülşən Rüstəmova Demokrat.az-a açıqlamasında deyib ki, hazırda dünyada qorxulu yuxu kimi qiymətləndirilən depressiya zamanı insana psixoloji dəstək vacibdir:

“Depressiya insanın özünün xəbəri olmadan da baş verə və uzun müddət davam edə bilər. Xroniki və ya passiv depressiya müşahidə oluna bilər insanda. İnsan kənardakıların hiss edə biləcəyi dərəcədə depressiya ilə üzləşə bilər. Depressiyanın səviyyəsini mütəxəssis müəyyən etməlidir, ancaq o qərar verə bilər ki, insan depressiyadadır ya yox”.



Ekspertin sözlərinə görə, depressiyadan qurtulmaq mümkündür:

“Bütün insanlar üçün psixoloji dəstək vacibdir, xüsusən də depressiyada olan insanlara. Depressiyada olan insan həyat sevgisini, yaşama stimulunu, həyatdakı məqsədini itirmiş insandır. Belə insan hətta həlli mümkün olan ən kiçik problemini də böyüdüb öz düşüncələrini ancaq həmin problemə kökləyir. Problemə həddən artıq fokuslandığı üçün həlli ona çətin gələ bilər. Amma xüsusi yayındırıcı texnikaların köməyilə depressiv insanı normal həyata qaytarmaq mümkündür. Depressiyadan qurtulmaq mümkün olduğu kimi, onun təhlükələri də az deyil. İnsan depressiyadan qurtulduqdan sonra sanki immunitet qazanır. Dəfələrlə depressiyaya düşsə də artıq bu halı tənzimləyə bilir. Depressiv insan intihara da cəhd edə bilər. Affekt halında olan insanı hansı mühitin ağuşuna alacağı məlum deyil”.


Törə Zeynallı
Demokrat.az   

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top